Bakıda narkomanların yeni məskəni - Video

Bakıda narkomanların yeni məskəni - Video

Bakıda narkomanların yeni məskəni - Video

Yaşadıqları binanın bloku sakinləri üçün kabusa çevirilib. Binada yaşayanlar iddia edirlər ki, narkotik aludəçiləri onların binasını özləri üçün məskən seçiblər. Sakinlərin müraciəti əsasında biz də ərazidə çəkiliş apardıq və narkomanların izinə rast gəldik.

Səhər yuxudan duraraq övladlarını məktəbə aparan valideynlər belə bir mənzərə ilə rastlaşıblar. Narkotikin təsiri altında olduğu iddia edilən şəxs onlara məxsus yaşayış binasının blokunda bu şəkildə yerə uzanıb.

Bura Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi, 39 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasıdır. Biz də həmin ünvanda olduq. Sakinlər bildirdilər ki, artıq narkotik istifadəçiləri sözün əsl mənasında bu bloku özlərinə yuva seçiblər.

Sakinlər bildirirlər ki, həmin şəxslər bir neçə nəfərdir və əsasən də gecə saatlarında gəlirlər.

Sakinlər bildirirlər ki, həmin şəxslər bəzi hallarda mənzillərin qapısını açmağa da cəhd edirlər.

Məsələ ilə bağlı Daxili işlər Nazirliyindən bildirildi ki, həmin görüntülər araşdırılıb. Məlum olub ki, yerə uzanmış həmin şəxs tüfeyli həyat tərzi sürür və narkotik vasitə aludəçisidir. Polis həmin ünvanda nəzarət tədbirlərini artıq gücləndirib. Əraziyə toplaşan digər şəxslərin də müəyyən edilərək məsuliyyətə, eləcə də lazım olarsa məcburi müalicəyə cəlb edilməsi istiqamətində işlər aparılır.

Bakıda narkomanların yeni məskəni - Video