Bakıda külək piyadanı avtomobilin altına atdı - Fotolar

Bakıda külək piyadanı avtomobilin altına atdı - Fotolar

Bakıda külək piyadanı avtomobilin altına atdı - Fotolar

Yasamal rayonunda ağır yol qəzası baş verib.

Polemika.az xəbər verir ki, qəza paytaxtın Abbas Mirzə Şərifzadə küçəsində baş verib.

Belə ki, hələlik ad soyadı bilinməyən orta yaşlı şəxs yolayrıcı beton pillədən yerə yıxılıb. Bu zaman onun üzərindən “Mitsubishi” markalı avtomobil keçib.

Piyada ağır xəsarət alaraq təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, piyada külək nəticəsində asfalt üzərinə yıxılıb.

/APA

Bakıda külək piyadanı avtomobilin altına atdı - Fotolar