Bakı Yerevanın təklifini rədd edib, amma onlar cavab gözləyir

Bakı Yerevanın təklifini rədd edib, amma onlar cavab gözləyir

Bakı Yerevanın təklifini rədd edib, amma onlar cavab gözləyir

Ermənistanın Xarici İşlər Nazirliyi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ermənistanın üçtərəfli qrupun işini pozmasına dair bəyanatına cavab verib.

Nazirliyin sözçüsü Vaan Unanyan bu bəyanatı “ən azı qəribə” adlandırıb. O deyib ki, Azərbaycan tərəfi Ermənistan tərəfinin sərhədin delimitasiya və demarkasiyası ilə bağlı təklifini rədd etsə də, bu təklifə “məzmunlu cavab” verməyib.

AzadlıqRadiosunun Erməni xidmətinin yazdığına görə, Unanyan diqqəti belə bir məqama çəkir ki, Bayramov “Ermənistanın hər hansı şərt irəli sürməsi üçün heç bir mənəvi, hüquqi, siyasi haqqının olmamasını” deyib.

Unanyan rəsmi Yerevanın belə bir müddəasını təkrar edib ki, Ermənistan, Rusiya və Azərbaycanın liderləri 2021-ci il 26 noyabr Soçi bəyənatında Ermənistan-Azərbaycan sərhədində stabillik və təhlükəsiziliyin bərqərar edilməsi və beləliklə də delimitasiya və demarkasiya prosesi üçün əlverişli situasiyanın yaradılması üçün addımların atılması barədə razılığa gəliblər.

Rəsmi Yerevan bəyanatdakı bu mətndən çıxış edərək rəsmi Bakıya sərhədin delimitasiya və demarkasiyası ilə bağlı “yeni təkliflər” verib.

Bundan əvvəl Ermənistan tərəfi bu təkliflərdən birinin Azərbaycan və Ermənistan silahlı qüvvələrinin simmetrik qaydada sərhəddən geri çəkilməsi olduğunu bildirib. Azərbaycan tərəfi bunun “təklif” yox, “şərt” olduğunu deyib və rədd etməsi barədə bəyanat verib.

Daha sonra Ermənistan rəsmiləri Azərbaycanın təklifləri rədd etsə də, niyə rədd etməsi barədə izahat verməməsini bəyan ediblər. Yerevan bunu da bildirib ki, bu barədə danışıqlar və proses davam edir.

Bakı Soçi bəyanatında “qoşunların simmetrik şəkildə sərhəddən çəkilməsi” barədə heç nə deyilmədiyini bildirir və Yerevanı sərhədin delimitasiya və demarkasiyası prosesini bilərəkdən uzatmaqda ittiham edir. Ermənistan XİN-in sözçüsü fevralın 3-də Yerevanın Bakıya şərt yox, təklif verdiyi barədə təkrar bəyanat verib. Unanyan deyib ki, Ermənistan tərəfi regionda kommunikasiyaların açılması istiqamətində fəal iştirak edir. Onun sözlərinə görə, Ermənistan Azərbaycana avtomobil yollarının açılmasına dair sorğu göndərsə də Azərbaycandan hələ də cavab almayıb.

Bu barədə fevralın 3-də Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Macarıstanın Xarici İşlər və Ticarət naziri Piter Siyarto ilə birgə keçirdiyi mətbuat konfransında deyib. Delimitasiya qonşu dövlətlər arasında dövlət sərhədinin ümumi mövqeyinin və istiqamətinin danışıqlar yolu ilə müəyyənləşdirilməsidir.

Nazir qeyd edib ki, iki həftə əvvəl Ermənistan tərəfi Rusiya vasitəsilə Azərbaycana təkliflərini göndərib: "Bəlli ilkin şərtlər irəli sürülmüşdü. Azərbaycan tərəfi qısa zaman ərzində mövqeyini çatdırdı. Bu prosesə heç bir qeyd-şərt olmadan başlaya biləcəyimiz ifadə olunmuşdu. Bu, təcrübələrə əsaslanan prosesdir, prosesin başlaması üçün dırnaqarası icadlara ehtiyac yoxdur. Komissiya öz işinə başlamalıdır".

Amma Ermənistan Baş naziri Nikol Paşinyan 2 həftə öncə yerli mediaya vurğulamışdı ki, ölkəsi Azərbaycanla sülh sazişinin əleyhinə deyil, amma bu saziş tərtib edilməli və hazırlanmalıdır: "Bu, danışıqların predmetidir. Ermənistan danışıqlara hazırdır"

N.Paşinyanın sözlərinə görə, 1992-ci ildə Ermənistanla Azərbaycan parlamentlərində bir-birlərinin ərazi bütövlüyünün tanınması və Müstəqil Dövlətlər Birliyində mövcud olan sərhədlər çərçivəsində sərhədlərin toxunulmazlığı haqqında sənədləri ratifikasiya ediblər. Lakin, onun əlavə etməsinə görə, bir çox məsələlər həll edilməmiş qalır və bunun üçün danışıqlara ehtiyac var: "Biz təklifləri Rusiyaya və birbaşa Azərbaycana təqdim etdik. Söhbət Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlik və sabitlik səviyyəsinin artırılmasından, sərhədin delimitasiyası və demarkasiyası üzrə komissiyanın formalaşdırılmasından gedir. Müzakirələr davam edir və Ermənistan tərəfi təfərrüatı açıqlayaraq prosesi pozmaq istəmir".

Bakı Yerevanın təklifini rədd edib, amma onlar cavab gözləyir