Bakı-Sumqayıt qatarını daşlayan 10 yaşlı uşaq saxlanıldı

Bakı-Sumqayıt qatarını daşlayan 10 yaşlı uşaq saxlanıldı

Bakı-Sumqayıt qatarını daşlayan 10 yaşlı uşaq saxlanıldı

Bakı-Sumqayıt qatarının şüşələrini sındıran şəxs müəyyən olunub.

Polemika.az xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin məlumatına görə, Nəqliyyatda Baş Polis İdarəsinə noyabrın 6-da saat 19 radələrində Bakı-Sumqayıt elektrik sürət sərnişin qatarı Sumqayıt-Novxanı dayanacaqları arasında hərəkətdə olarkən kənardan daş atılması nəticəsində 2 vaqonun yan şüşələrinin sınması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini olan 10 yaşlı R.Kazımov müəyyən edilərək saxlanılıb. 

Bakı-Sumqayıt qatarını daşlayan 10 yaşlı uşaq saxlanıldı