“Azərişıq”dan minaya düşən əməkdaşla bağlı açıqlama

“Azərişıq”dan minaya düşən əməkdaşla bağlı açıqlama

“Azərişıq”dan minaya düşən əməkdaşla bağlı açıqlama

Noyabrın 21-də Laçın rayonunun Güləbird kəndi ərazisində minaya düşərək xəsarət alan “Azərişıq” ASC əməkdaşı Əbilov Mahir Ramiz oğlunun vəziyyəti hazırda stabildir. 

“Azərişıq” ASC-dən Polemika.az-a verilən məlumata görə, hadisədən dərhal sonar Mahir Əbilov “Azərişıq” ASC rəhbərliyinin qərarı ilə təcili olaraq Bakı şəhərindəki özəl klinikalardan birinə gətirilib və əməliyyat olununb:

"Təəssüf ki, yaralının bir ayağı topuqdan amputasiya edilib", - məlumatda qeyd edilir.

Qeyd edək ki, Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirən zaman minaya düşüb. O, Laçın istiqamətində yüksək gərginlikli xəttin çəkilişi üçün buraya Biləsuvar Elektrik Şəbəkəsindən elektrik kimi ezam olunub.

“Azərişıq”dan minaya düşən əməkdaşla bağlı açıqlama