Bakıda “Changan” qəzası: Maşında zavod defektləri olub – Şikayət

Bakıda “Changan” qəzası: Maşında zavod defektləri olub – Şikayət

Bakıda “Changan” qəzası: Maşında zavod defektləri olub – Şikayət

Bakıda baş verən dəhşətli qəza zamanı sürücü möcüzə nəticəsində sağ qalıb.

Bu barədə “Polemika.az”a müraciətində sürücü Asim Səfərov məlumat verib. O, bildirib ki, qəza avtomobildə olan zavod  defektinə görə olub.

Şikayətçinin sözlərinə görə hadisə oktyabrın 15-də baş verib. Buna səbəb isə avtomobilin sükanında yaranan problem olub. Belə ki, avtomobillə hərəkət edən zaman qarşısına küçə iti çıxıb. Sürücü manevr etdikdən sonra sükanı geri qaytaranda isə sükan kilidlənib. Nəticədə avtomobil bardürə, daha sonra işıq dirəyinə çırpılaraq aşıb.

Bu zaman avtomobildə olan daha bir defekt üzə çıxıb. Belə ki, maşındakı 6 hava yastığının heç biri açılmayıb. Bu, yazıya əlavə etdiyimiz videeodan da görünür.

Şikayətçi bildirir ki, idarə etdiyi Changan CS35+ markalı maşın 2021-ci il istehsalıdır. Avtomobil cəmi bir neçə aydır ki, rəsmi dilerdən alınıb. Lizinqlə alınan maşına hər ay 1040 manat ödəniş edilib. Lakin qəza nəticəsində avtomobildə olan bu qüsurlar üzə çıxdıqdan sonra o şirkətə müraciət edərək defekt maşın satdıqlarını deyib. Şirkət əməkdaşları da avtomobildə problemin olduğunu, ən azından hava yastıqlarının açılmaması problemini etiraf etmək məcburiyyətində qalıblar. Buna baxmayaraq, avtomobili geri qaytarmaq, yenisi ilə əvəzləmək tələbindən imtina ediblər. Avtomobilin kasko sığortası olub və bildirilib ki, yalnız sığorta pulu ödəndikdən sonra təmir edib ona təhvil verəcəklər.

Şikayətçi deyir ki, başqa yol tapmadığından bununla razılaşmalı olub. Lakin o 1 aydan artıqdır ki, avtomibilin təmiri ilə bağlı heç bir iş görülmədiyini deyir: “Sığorta pulu bu ayın əvvəlindən ödəyib. Lakin bu günə kimi maşında heç bir iş görülməyib. Buna səbəb kimi isə detalların olmadığını bildirir. Həm maşını təmir etmirlər, həm də lizinqin vaxtında ödənməsini tələb edirlər. 37 900 qiyməti olan bir maşında eyni vaxtda iki defektin ortaya çıxması üçün şirkət heç bir məsuliyyəti öz üzərinə götürmək istəmir”.

 

Bakıda “Changan” qəzası: Maşında zavod defektləri olub – Şikayət