“Azərişıq” 3D mobil xəritənin əhatə dairəsini genişləndirir - VİDEO

“Azərişıq” 3D mobil xəritənin əhatə dairəsini genişləndirir - VİDEO

“Azərişıq” 3D mobil xəritənin əhatə dairəsini genişləndirir - VİDEO

“Azərişıq” ASC 3D mobil xəritə sisteminin əhatə dairəsini genişləndirir.

ASC-dən Polemika.az-a verilən məlumata görə, sistem ilk dəfə Qəbələ rayonunun paylayıcı elektrik şəbəkələrində tətbiq edilib. Növbəti mərhələ üçün “Azərişıq” üzrə müxtəlif ərazilərdə (Xırdalan, Gəncə, Şirvan, Zaqatala,Balakən və.s) 2800 km-lik məsafədə çəkilişlər aparılıb və zəruri bütün koordinatlar müəyyənləşdirilib.

“3D mobil xəritə” sisteminin üstünlüyü ondan ibarətdir ki, ərazidə aparılmış çəkilişlər xüsusi proqram təminatına yerləşdirildiyindən daha mobil olmaqla, istənilən yerdən əlçatanlığı tam təmin edir, istənilən ərazinin bütün detalları haqqında ətraflı məlumatlar əldə etmək mümkün olur. Eyni zamanda, həmin sistemdə şəbəkələrin texniki xüsusiyyətləri hərtərəfli əks olunduğundan, proseslərdə şəffaflıq təmin edilir, texniki və təşkilati proseslərin sürətləndirilməsinə şərait yaranır.

“3D mobil xəritə” sisteminin tətbiqi infrastrukturun yüksək dəqiqliklə qiymətləndirilməsinə və gələcək layihələrin məsafədən planlaşdırılmasına imkan verdiyindən, habelə yalnız bir prosedur nəticəsində şəbəkəyə qoşulmaq mümkün olduğundan, həmin sistemin tətbiqi “Azərişıq” tərəfindən irəliyə atılmış növbəti uğurlu bir addımdır.

3D mobil xəritə “Ağıllı şəhər”, “Ağıllı kənd”, “Ağıllı həllər” konsepsiyasının baza elementlərindən biri hesab olunur və bu konsepsiyaya uyğun olaraq, ölkənin bütün regionlarında, o cümlədən işğaldan azad edilən ərazilərində bu texnologiyaların tətbiqi nəzərdə tutulur.

“3D mobil xəritə” sistemi Azərbaycanın kommunal strukturlarında ilk dəfə olaraq “Azərişıq” ASC-də tətbiq edildiyindən, ərazilərin bu texnologiya ilə əldə olunmuş məlumatlarının gələcəkdə digər kommunal qurumlar üçün də istifadəsi əlverişli olacaq.

“Azərişıq” 3D mobil xəritənin əhatə dairəsini genişləndirir - VİDEO