"Keşlə" "Tottenhem"in yetirməsini aldı

"Keşlə" "Tottenhem"in yetirməsini aldı

"Keşlə" "Tottenhem"in yetirməsini aldı

"Keşlə" heyətini yeni futbolçu ilə gücləndirib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Polemika.az xəbər verir ki, paytaxt təmsilçisi britaniyalı yarımmüdafiəçi Natan Oduva ilə müqavilə imzalayıb. 26 yaşlı Natanın sözləşməsi mövsümün sonunadək nəzərdə tutulub.

Qeyd edək ki, "Tottenhem"in yetirməsi olan Oduva "Reyncers", "Luton", "Olimpiya" (Sloveniya), "Hapoel Hadera" kimi klublarda oynayıb. Onun son klubu İrlandiyanın “Dandolk”  komandası olub. Oduva sonuncu dəfə 2020-ci ilin dekabrında rəsmi oyunda meydana çıxıb. Yarımmüdafiəçi İngiltərənin U-17, U-18, U-20 komandalarında forma geyinib.

"Keşlə" "Tottenhem"in yetirməsini aldı