Azərbaycanlı deputat İrəvandakı Göy məsciddə ermənilərə meydan oxudu: "Tezliklə..."

Azərbaycanlı deputat İrəvandakı Göy məsciddə ermənilərə meydan oxudu:

Azərbaycanlı deputat İrəvandakı Göy məsciddə ermənilərə meydan oxudu: "Tezliklə..."

Milli Məclisin deputatları Soltan Məmmədov və Tahir Mirkişilinin Ermənistan səfəri davam edir.

Onlar bu gün Ermənistanda olan Göy Məscidi ziyarət ediblər.

Polemika.az xəbər verir ki, Tahir Mirkişili ziyarətlə bağlı rəsmi “Facebook” hesabında paylaşım edib. Paylaşımı təqdim edirik:

“Göy məsciddə olduq. Bildiyimiz qədər İrəvanda salamat qalan yeganə Azərbaycan abidəsidir. Divarlarında başqa dövlətə aid yazılar olsa da, amma divarları, arxitekturası, ruhu sırf bizə aiddir. Biz bu doğmalığı hiss etdik, inanıram ki, məscid də.

İnanırıq ki, bu məsciddə əsl sahibləri tezliklə öz dualarını edə biləcəklər. Azərbaycanlıların duaları isə daim xeyirxah olur və yekunda da qəbul olunur!”.

Azərbaycanlı deputat İrəvandakı Göy məsciddə ermənilərə meydan oxudu: "Tezliklə..."