"Azərbaycanla əlaqələri möhkəmləndirmək üçün yol xəritəmiz var" - Nazir

"Azərbaycanla əlaqələri  möhkəmləndirmək üçün yol xəritəmiz var" - Nazir

"Azərbaycanla əlaqələri möhkəmləndirmək üçün yol xəritəmiz var" - Nazir

"Azərbaycan Prezidenti ilə çox mühüm və səmimi görüşümüz oldu".

Polemika.az "Mehr News"a istinadla xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian bildirib.

Onun sözlərinə görə, əvvəlki və don görüşlər bəzi mövcud anlaşılmazlıqların aradan qaldırılmasına, Tehran və Bakı arasında birgə ikitərəfli əməkdaşlıq üçün yol xəritəsinin hazırlanmasına səbəb olub.

Əmir Abdullahian əlavə edib: "Azərbaycan Prezidenti cənab İlham Əliyevlə çox mühüm və səmimi görüşümüz oldu. Bu görüşdə iki ölkə arasında mühüm razılaşmalar əldə olundu".

Nazir vurğulayıb ki, onu müşayiət edən nümayəndə heyəti əlaqələri inkişaf etdirmək və möhkəmləndirmək üçün tam şəkildə Bakıdadır.

Əmir Abdullahian qeyd edib: "İslam Respublikası Azərbaycan Respublikasını özünün yaxşı və mühüm qonşusu hesab edir. Azərbaycanla qarşılıqlı əlaqələrimizin və əməkdaşlığımızın hərtərəfli inkişafı barədə danışmaqdan qürur duyuruq və əlimizdə olan yol xəritəsi əsasında hər iki ölkənin maraqlarını təmin etmək üçün səmərəli addımlar atacağıq. İki ölkənin öhdəlikləri arasında mövcud iradəni nəzərə alaraq, səmərəli addımlar atmağa və əlaqələri gücləndirməyə ümid edirik".

"Azərbaycanla əlaqələri möhkəmləndirmək üçün yol xəritəmiz var" - Nazir