"Azərbaycanla qaz müqaviləsi Rəisinin strateji uğurudur" - İranlı ekspert

"Azərbaycanla qaz müqaviləsi  Rəisinin strateji uğurudur" - İranlı ekspert

"Azərbaycanla qaz müqaviləsi Rəisinin strateji uğurudur" - İranlı ekspert

“İranla bu müqaviləni imzalanmasından belə görünür ki, Azərbaycan Respublikası İrana siyasi yanaşmasını dəyişməyə çalışır".

Polemika.az IRNA-ya istinadla xəbər verir ki, bunu beynəlxalq məsələlər üzrə ekspert Həsən Hanizadə bildirib.

O, Aşqabadda İran, Türkmənistan və Azərbaycan Respublikası arasında qaz tranziti sazişini İbrahim Rəisi administrasiyasının strateji uğuru adlandırıb.

Xatırladaq ki, bu müqaviləyə əsasən, Türkmənistan gündəlik olaraq İran ərazisindən nəql olunmaqla, Azərbaycana 5-6 milyon kubmetr qaz satacaq.

"İbrahim Rəisinin hökumətinin fəaliyyətə başlamasından cəmi 4 ay keçməsinə baxmayaraq, görünən odur ki, iqtisadi əlaqələrin, xüsusən, qonşu ölkələrlə yaxşılaşma səyləri, sanksiyaların iqtisadi təzyiqini azaltmaq üçün ölkənin iqtisadi siyasətində dəyişikliyə səbəb olub. 5 ilə yaxındır ki, İran və Türkmənistan arasında qaz alqı-satqısı dalana dirənmişdi. İƏT-in 15-ci sammiti çərçivəsində İran və Azərbaycan arasında qaz razılaşması İƏT-in Cənubi Qafqaz üzvü üçün də iqtisadi açılışdır və İrana təbii yanacağı Qərbi Asiyanın digər ölkələrinə nəqli imkanı verir, onu hətta Fars körfəzinin cənubuna ötürülməsi üçün dəhliz kimi təqdim edir", - deyə Həsən Hanizadə qeyd edib.

Onun sözlərinə görə, İrandan Azərbaycan Respublikasına tranzit ("swap") müqaviləsi ölkəyə öz tələbatını ödəmək fürsəti yaradır: "Tehranın ölkənin 5 vilayətinə (Xorasan Rəzəvi, Şimali və Cənubi Xorasan, Gülistan və Semnan) bu qazı nəql etmə haqqı var. Bundan başqa, müqavilənin müddətsiz olması üç ölkənin iqtisadi əlaqələri gücləndirməkdə ciddi əzmkarlığını göstərir".

Ekspert əlavə edib:

“İranla bu müqaviləni imzalamasından belə görünür ki, Azərbaycan Respublikası İrana siyasi yanaşmasını dəyişməyə və qaz tranziti sazişini imzalamaqla əvvəlki siyasətini bərpa etməyə çalışır. Bu, qarşılıqlı fəaliyyət üçün müsbət addımdır. Üstəlik, İran, Azərbaycan Respublikası və ümumən Cənubi Qafqaz ölkələri arasında ikitərəfli əlaqələrin xeyrinədir".

Hanizadə Ruhani hökumətinin neft naziri Bijən Zəngənəni ittiham edib:

"Onun ehtiyatsızlığı qaz əməkdaşlığının kəsilməsində səbəblərdən biri idi". 

"Azərbaycanla qaz müqaviləsi Rəisinin strateji uğurudur" - İranlı ekspert