Azərbaycanın qaytardığı 5 əsirdən biri həbs edildi

Azərbaycanın qaytardığı 5 əsirdən biri həbs edildi

Azərbaycanın qaytardığı 5 əsirdən biri həbs edildi

Azərbaycandan qayıdan erməni hərbi əsirlərdən biri - Arman Xaçatryan saxlanılıb.

Polemika.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan bildirib.

“Vətənə qayıdan 5 hərbi əsirin hamısı dindirilib, onlardan 1-i saxlanılıb”, - Tadeosyan deyib.

O bildirib ki, Arman Xaçatryan Ermənistan Cinayət Məcəlləsinin 365-ci (Döyüş vəzifəsini və ya hərbi xidmət keçmə qaydalarını pozma) maddəsi ilə saxlanılıb.

Qeyd edək ki, dekabrın 29-da Bakı Macarıstanın vasitəçiliyi ilə 5 erməni hərbi əsiri İrəvana təhvil verib. (modern.az)

Azərbaycanın qaytardığı 5 əsirdən biri həbs edildi