Azərbaycanda nə qədər narkoman var? - Rəsmi

Azərbaycanda nə qədər narkoman var?

Azərbaycanda nə qədər narkoman var? - Rəsmi

2020-ci ilin statistikasına əsasən Azərbaycanda 33 788 nəfər qeydiyyatda olan narkotik maddə istifadəçisi var.

Polemika.az xəbər verir ki, bunu Respublika Narkoloji Mərkəzin baş həkimi Orxan Cəfərov bildirib.

O. Cəfərovun sözlərinə görə, onlardan 618 nəfəri qadındır:

“15-17 yaş aralığında narkotik maddədən istifadə edənlərin sayı 9, 18-24 yaş qrupunda olanlar 2242 nəfərdir. 65 yaşdan yuxarı insanlar arasında narkotik maddədən istifadə edənlərin sayı 207-dir”.

Baş həkim deyib ki, 2020-ci ildə narkotik maddələrdən istifadə edən 2723 nəfər qeydiyyatdan çıxarılıb. 

Azərbaycanda nə qədər narkoman var? - Rəsmi