Azərbaycanda neçə məktəb distant təhsilə keçib? - Nazir açıqladı

Azərbaycanda neçə məktəb distant təhsilə keçib?

Azərbaycanda neçə məktəb distant təhsilə keçib? - Nazir açıqladı

"Ölkəmizdə bu günə kimi "COVID-19"a yoluxma halına görə 50 məktəbdə distant tədrisə keçilib. Bu hal əsasən böyük şəhər və rayonlarda müşahidə edilir".

Polemika.az-ın məlumatına görə, bu sözləri təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, əgər yoluxma halında artım müşahidə edilərsə, distant tədrisə keçilə bilər. Ancaq bu, iki həftəlik ola bilər.

Emin Əmrullayev bildirib ki, təhsil müəssisələrində yoluxma halına nəzarət aidiyyəti qurumların nümayəndələrinin birgə iştirakı ilə aparılır.

Təhsil nazirinin sözlərinə görə, hazırda ölkədə distant tədrisə keçən məktəblərin sayı kritik həddə çatmır.

Qeyd edək ki, hazırda ölkədə bir sıra məktəblərdə müəllim və şagirdlərin koronavirus pandemiyasına kütləvi yoluxma halı müşahidə edilir. Nazir bildirib ki, bu rəqəmlərin azalması üçün aidiyyəti qurumlarla birgə ciddi işlər görülür.

Azərbaycanda neçə məktəb distant təhsilə keçib? - Nazir açıqladı