Azərbaycanda epidemioloji vəziyyət: 4-cü doza tələb oluna bilər?

Azərbaycanda epidemioloji vəziyyət: 4-cü doza tələb oluna bilər?

Azərbaycanda epidemioloji vəziyyət: 4-cü doza tələb oluna bilər?

“Azərbaycanda epidemioloji vəziyyətdən asılı olaraq, peyvədin 4-cü dozası tələb oluna bilər”.

Polemika.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında həkim-infeksionist Nicat Əzimli deyib.

Həkim hesab edir ki, 3 doza vaksin effektiv spesifik immun cavabın formalaşması üçün yetərlidir. Lakin bəzən növbəti dozanın tətbiqinə də ehtiyac yarana bilər. Bu da fərdin orqanizminin vəziyyəti, risk faktorları nəzərə alınaraq təyin olunur.

Nicat Əzimli qeyd edib ki, koronavirusa yoluxmaların sürətlə artmasının əsas səbəbi hazırda yayılmaqda olan hiper-kontaqioz xüsusiyyətli “omicron” variantıdır. Onun sözlərinə görə, yoluxmaların sayında artım dinamikası qarşıdakı bir neçə həftə ərzində davam edəcək.

Qeyd edək ki, son günlər dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da virusa yoluxma halları artmaqdadır.  Son sutka ərzində koronavirusa yoluxma 3 mini ötüb.

Nazirlər Kabineti yayında Operativ Qərargahın dünənki məlumatına əsasən, ölkədə koronavirus (COVID-19) infeksiyasına 3192 yeni yoluxma faktı qeydə alınıb, 1259 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib. 

İndiyədək ölkədə ümumilikdə 640 148 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 619 050 nəfər müalicə olunaraq sağalıb, 8650 nəfər vəfat edib. Aktiv koronavirus xəstələrinin sayı 12 448 nəfərdir.

Azərbaycanda epidemioloji vəziyyət: 4-cü doza tələb oluna bilər?