Azərbaycanda 34 yaşlı kişi bıçaqlandı

Azərbaycanda 34 yaşlı kişi bıçaqlandı

Azərbaycanda 34 yaşlı kişi bıçaqlandı

Gəncə şəhərində yerli sakin mübahisə zəminində bıçaq xəsarəti alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü A.Xəlilov mübahisə zəminində bir bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən isə onun tanışı A.İsmayılovdur. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Azərbaycanda 34 yaşlı kişi bıçaqlandı