Azərbaycanda 100 min kişi aliment verməkdən imtina edib

Azərbaycanda 100 min kişi aliment verməkdən imtina edib

Azərbaycanda 100 min kişi aliment verməkdən imtina edib

“Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrasına Nəzarət Baş İdarəsinin icratında icra sənədləri kifayət qədər çoxdur. Bunların da əksəriyyətini aliment tələbinə dair sənədləri təşkil edir. 100 minə yaxındır və bunların sayı ilbəil artmaqdadır”. 

Bunu Polemika.az-a açıqlamasında hüquqşünas Əsabəli Mustafayev bildirib və lavə edib ki, Azərbaycanda alimentin ödənilməməsi çox geniş yayılmış problemdir:

“Alimenti ödəməyənlərin çoxu bunu onunla əsaslandırır ki, qazanc yoxdur, işsizlikdir. Təcrübə göstərir ki, bu, həqiqətən də, belədir. Əvvəllər insanların qazancı olmasa da, hüquqla tədbirlər görülür, hətta cinayət işi qaldırılırdı. Lakin Avropa Məhkəməsinin alimentlə bağlı Azərbaycana dair qərarı var. Hazırda şəxs məsuliyyətə o vaxt cəlb oluna bilər ki, ödəmək qabiliyyətində olsun, amma özü bilərəkdən alimenti ödəməsin. O vaxtdan şəxslərə qarşı hüquqi təqiblər dayandırıldı. Əvəzində aliment ödəməyənlərə psixoloji təsirlər edirlər və s”.

Əsabəli Mustafayev vurğulayıb:

“Alimenti alacaq uşaqların gündəlik yaşamını təmin etmək üçün ailə hüququ ilə əlaqəli bir çox mütəxəssis, sosioloq təklif edib ki, Azərbaycanda Ailment Fondu yaradılsın. Əgər hansısa uşaq ailment ala bilmirsə, ona həmin Fonddan vəsait ayrılsın. Daha sonra həmin Fond borclu olan şəxsə qarşı müəyyən iddialar irəli sürsün. Çünki azyaşlı uşaq hər gün yemək yeməlidir, məktəbə getməlidir, bəs, aliment olmadıqda bunu necə etsin?! Axı uşağın yaşayışı üçün hazırda yeganə təminat alimentdir”.

Ə.Mustafayev qeyd edib ki, ilin əvvəlində Ombusdman da Milli Məclisə Aliment Fondunun yaradılması ilə bağlı təqdimat göndərib:

“Təəssüf ki, hələ o qanun qəbul edilməyib. Bu qanun qəbul edilsə, uşaqlara ailment ödənilməsi həll ola bilər.

Borclularla bağlı məsələ isə hələ də müzakirə olunur. Hökümət borcluları ictimai işlərə cəlb etməklə aldıqları maaşdan həmin o borcu tuta bilər. Onsuz da ictimai işlərə Azərbaycanda ehtiyac böyükdür. Ancaq bu məsələlərlə məşğul olan yoxdur. Ona görə də problem yerində sayır.

Qanunla kiminsə işləməməsi onu aliment ödəmədən azad etmir. Ancaq reallıq budur ki, iş yerləri çox azdır, bəzən də şəxsin özü tənbəldir. Bəzən fərdi qaydada işləyir, qeyri-rəsmi maaş alır, ölkədə isə qeyri-rəsmi iş qaydası çox yayılıb. Hökumət iş yerləri aça bilsəydi, maaşdan aliment borclarını tuta bilərdi”.

Ayzel

Azərbaycanda 100 min kişi aliment verməkdən imtina edib