Azərbaycan yük maşınları Qarabağdan niyə geri göndərildi? - Polkovnik ermənilərin niyyətindən danışdı

Azərbaycan yük maşınları Qarabağdan niyə geri göndərildi?

Azərbaycan yük maşınları Qarabağdan niyə geri göndərildi? - Polkovnik ermənilərin niyyətindən danışdı

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində gərginlik bitib-tükənmək bilmir. Sosial şəbəkələrdə yayılan görüntülərdən məlum olur ki, Suqovuşandan sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərə daxil olub, Kəlbəcərə getmək istəyən Azərbaycan hərbi kolonunun qarşısı kəsilib.

Polemika.az-a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov bu məsələdə sülhməramlıları qınayıb:

“Sülhməramlı qüvvələrin müvəqqəti yerləşdiyi ərazilər var və o ərazidə hansı hərəkətlər hansı formada olmalıdır, bu, sülhməramlı qüvvələrlə Azərbaycanla razılaşdırılmış şəkildə həyata keçirilir.

Azərbaycan hərbi kolonları bölgədə müstəqil şəkildə hərəkət etmir. Sülhməramlı qüvvələr təhlükəsizliyi təmin edir. Başa düşürəm ki, bu məsələ qıcıq oyadır, çünki bu, Azərbaycan ərazisidir.

Yolun kəsilməsi sülhməramlı kontingentin zəifliyi və diqqətsizliyidir. İş ondadır ki, sülhməramlıların fəaliyyəti belə bir fikir doğurub ki, onlar orada separatçı qüvvələrin təhlükəsizliyini təmin edirlər.

Azərbaycan tərəfi dəfələrlə mövqeyini bildirib və orada yaşayan barəsində də açıqlamalar verib”.

Hərbi ekspert əmindir ki, Azərbaycan tərəfi bölgədə yaşayan ermənilərin təhlükəsizliyini təmin edə bilər:

“Əgər Azərbaycanın həmin yolla apardığı yükün təyinatına sülhməramlı qüvvələr məhdudiyət qoyursa, bu nə anlama gəlir? Sülhməramlı qüvvələr bir ildən çoxdur ki, bölgədəki qanunsuz erməni hərbi birləşmələrinin qarşısını almır, ya da bunu etmək istəmirlər. Belə olan halda sülhməramlılar nə üçündür?"

"Sülhməramlılar indiyə kimi erməniləri tərksilah etməyiblər və ermənilər Azərbaycan ərazisində ikinci təmas xətti yaradıb. Bəzən də guya sərxoş halda atəşkəsi pozaraq Azərbaycan əsgərlərinə atəş açırlar. Yaxşı, onda sülhməramlı qüvvələrin məqsədi nədir? Belə çıxır ki, onlar separatçı Arayik Arutyunyan, eləcə də digərlərinin təhlükəsizliyini təmin edir”, - deyə mütəxəssis yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

Azərbaycan yük maşınları Qarabağdan niyə geri göndərildi? - Polkovnik ermənilərin niyyətindən danışdı