Azərbaycan XİN Pakistana başsağlığı verdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Pakistanda qar fırtınası zamanı çoxsaylı insan tələfatı ilə əlaqədar bu ölkənin xalqına və hökumətinə başsağlığı verib.

Polemika.az xəbər verir ki, bu barədə nazirliyin “Twitter” səhifəsinə paylaşım edilib.

Bağsağlığıda deyilir:

“Murree şəhərində qar fırtınası zamanı ekstremal hava şəraiti nəticəsində ən azı 23 nəfərin həlak olması xəbərindən dərin kədərləndik. Qardaş Pakistan xalqına və hökumətinə başsağlığı veririk. Allah faciə qurbanlarının ruhunu şad etsin!”

Azərbaycan XİN Pakistana başsağlığı verdi