Azərbaycan vətəndaşların 91,2 faizi Prezidentə tam etibar edir 

Azərbaycan vətəndaşların 91,2 faizi Prezidentə tam etibar edir 

Azərbaycan vətəndaşların 91,2 faizi Prezidentə tam etibar edir 

Sosial Tədqiqatlar Mərkəzinin İnam İndeksi jurnalının VI buraxılışında Prezidentin fəaliyyəti ictimai rəydə qiymətləndirilib.

Polemika.az-ın məlumatına görə, Sosial Tədqiqatlar Mərkəzindən bildirilib ki, keçirilən sorğu Naxçıvan MR və azad olunan ərazilər istisna olmaqla bütün regionları əhatə edib.

Sorğuda iştirak edən vətəndaşların Prezidentə inam etimadı 91,2% tam etibar edirəm, 6,9% əsasən etibar edirəm olmaqla yüksək səciyyələnir.

Sorğu nəticələrinə görə Prezident Qələbənin memarı kimi qlobal platformalarda intensiv çıxışları ilə Zəfər tariximizi uğurla beynəlxalq aləmə tanıdır (93,6%), Zəfərin tarixiləşdirilməsində vətəndaş iştirakçılığını və ümummilli həmrəyliyi stimullaşdırır (85,7%), Azərbaycanın informasiya siyasətində üstünlüyünü təmin edir və bu yöndə fəaliyyətə dair yeni imkanlar açır (85,7%), milli maraqlarımıza zidd cəhdlərə və xarici təsirlərə qarşı müqaviməti gücləndirir (81,9%), qalibiyyəti milli birliyin və uğurlu siyasətin təminatında əsas resursa çevirməyin vacibliyini şərtləndirir (79,8%). 

Azərbaycan vətəndaşların 91,2 faizi Prezidentə tam etibar edir