Azərbaycan minatəmizləyən robotlar alacaq

Azərbaycan minatəmizləyən robotlar alacaq

Azərbaycan minatəmizləyən robotlar alacaq

Azad olunmuş ərazilərdə minaların təmizlənməsi üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları fəaliyyətini davam etdirir.

Polemika.az-ın məlumatına görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

O bildirib ki, Azərbaycanın azad olunmuş ərazilərindəki minaların təmizlənməsi bir günlük iş deyil.

"Verilən xəritələr düzgün xəritələr deyil. Bu ərazilərdə ermənilər xüsusi vəhşiliklər törətmişdilər. Onlar hətta evləri də dağıdıb, vandalizm törədiblər. Xəritələr düzgün verilmədiyindən də bu ərazilərdə minaların təmizlənməsi çətindir. Artıq ərazilər təmizlənir. Cənab Prezidentin göstərişi ilə Mina təmizləyən alay yaratmışıq. Minatəmizləyən robotlar alınmaq üzrədir. Bu barədə danışıqlar gedir.

 

Xüsusi təlim itləri hazırlanır. Bu ərazilər təmizlənmədən sonra infrastruktur qurulacaq, kənd təsərrüfatının inkişafı üçün şərait yaradılır. Ərazilərdə infrastruktur qurulandan sonra əhalinin təhlükəsiz yaşayışı təmin ediləcək".

 

 

Azərbaycan minatəmizləyən robotlar alacaq