Azərbaycan kubokunda 1/4 final: "Keşlə" "Qarabağ"a qarşı

Azərbaycan kubokunda 1/4 final: "Keşlə" "Qarabağ"a qarşı

Azərbaycan kubokunda 1/4 final: "Keşlə" "Qarabağ"a qarşı

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.

Üç gün davam edəcək qarşılaşmalar çərçivəsində ilk görüş baş tutacaq.

Polemika.az xəbər verir ki, “Keşlə” öz meydanında “Qarabağ”ı qəbul edəcək. Matç “ASK Arena”da təşkil olunacaq. 

İlk görüşdə minimal hesabla uduzan “Keşlə” titulunu qorumaq üçün mərhələ adlamağa çalışacaq. Premyer Liqanın lideri isə “Qızıl dubl” arzusuna doğru növbəti addımı atmaq niyyətindədir.

Qeyd edək ki, 1/4 finalın digər oyunları qarşıdakı iki gün ərzində keçiriləcək. “Sabah” – “Neftçi” oyunu sabah, “Qəbələ” – “Sumqayıt” və “Səbail” – “Zirə” görüşləri birigün baş tutacaq.

Azərbaycan kuboku

1/4 final, cavab oyunu

11 fevral

18:00. “Keşlə” - “Qarabağ”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, İnqilab Məmmədov

“ASK Arena”

İlk oyun – 0:1

 

Azərbaycan kubokunda 1/4 final: "Keşlə" "Qarabağ"a qarşı