“Tərtər işi”nin pərdəarxası: Ssenarini kim yazıb?

“Tərtər işi”nin pərdəarxası: Ssenarini kim yazıb?

“Tərtər işi”nin pərdəarxası: Ssenarini kim yazıb?

"Tərtər işi" ilə bağlı yaranmış ajiotaj səngimək bilmir. Baş Prokurorluğun ötən gün yayadığı məlumatdan sonra ictimai diqqət yenidən bu mövzuya yönəlib. İndi təkcə jurnalistlər deyil, vaxtilə orduda yüksək vəzifə tutmuş keçmiş hərbçilər, ekspertlər du bu problem haqda yüksək səslə danışırlar.

Polemika.az xatırladır ki, Baş Prokurorluğun yaydığı məlumatda daha 163 nəfərin işgəncəyə məruz qaldığının müəyyən edildiyi vurğulanır. Bildiirilir ki, ötən müddət ərzində işgəncəyə və digər qanunsuz əməllərə məruz qalan 163 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə tam, hərtərəfli dindirilib, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilib. Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri üzrə hazıradək ümumilikdə 281 zərərçəkmiş şəxs müəyyən edilib. İş üzrə zərərçəkmiş şəxslərin müəyyən edilərək dindirilməsi prosesi davam etdirilir.

"Tərtər işi"nin yaratdığı ajiotajın hələ uzun müddət davam edəcəyi heç kimdə şübhə doğurmur. Baş Prokurorluğun və DİN-in bəzi yüksək rütbəli vəzifəlilərinin bu cinayət hadisəsinə görə cəzalandırılacağı gözlənilir. Mətbuatda artıq bəzi adlar çəkilməyə başlanılıb. “Tərtər işi”nə görə sabiq Baş prokuror Zakir Qaralovun, onun muavini Rüstəm Usubovun, sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun və Hərbi prokuror Xanlar Vəliyevin məsuliyyət daşıdığı bildirilir. Qeyd olunur ki, Tərtər hadisələrinin başında birbaşa Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkov dayanıb. Prosesdə Sadıkovla yanaşı, onun bacısı oğlu, Daxili təhlükəsizlik idarəsinin rəisi, general-mayor Ramil Əsgərovun da adı hallanır.  Ramil Əsgərovun məhz dayısının tapşırığı ilə onlarla hərbçinin cəzalandıırlması prosesinə qatıldığı və törədilən cinayəti ört-bastır etdiyi vurğulanır.

"Tərtər işi"nin istintaqının yenidən nəzarətə götürlüməsi təkcə vaxtilə yüksək post tutmuş sabiq vəzifəli şəxslər üçün deyil, həm də hazırda vəzifəsinin icrasını həyata keçirən bəzi generalların karyerası üçün ciddi təhlükə yarada bilər. Bu sırada Azərbaycanın Hərbi prokuroru Xanlar Vəliyevin də adı çəkilir. 

Mediada yayılan məlumatlar belə bir qənaətə gəlməyə imkan yaradır ki, hərbi prokurorun "Tərtər işi"nin istintaqının obyektiv aparılmadığından xəbəri olub. Bu barədə işi aparan müstəntiqlər onu dəfələrlə məlumatlandırıblar. Amma Xanlar Vəliyev özünə bəlli olan səbəblər üzündən bu xəbərdarlıqlara məhəl qoymayıb. Maraqlısı isə odur ki, hələ o vaxt bəzi müstəntiqlər istintaqın obyektiv aparaılmadığına açıq şəkildə etiraz ediblər. Amma nəticə yenə də dəyişməyib. 

"Tərtər işi"nin nəzarətə götürülməsi Xanlar Vəliyev üçün də yeni dövrün başlanğıcı kimi qiymətləndirilə bilər. Hansı addımların atılacağını isə proseslərin gedişi göstərəcək.

 

“Tərtər işi”nin pərdəarxası: Ssenarini kim yazıb?