Azərbaycan atleti bürünc medal qazandı

Azərbaycan atleti bürünc medal qazandı

Azərbaycan atleti bürünc medal qazandı

Fransada keçirilən "Meeting De L'Eure" (World Indoor Tour Silver Level) turniri davam edir. 

Polemika.az xəbər verir ki, Azərbaycan atleti Nazim Babayev qapalı məkanda keçirilən üç təkanla tullanma yarışında 25 yaşlı idmançı 16,27 metr nəticə göstərib və turnirdə bürünc medal qazanıb.

Fransalı Entso Hodebar 16,68 metr göstərici ilə qızıl medala sahib olub. Gümüş medalı isə 16,52 metr uzununa tullanan finlandiyalı Simo Lipsanen əldə edib.

Qeyd edək ki, Nazim Babayev daha əvvəl Almaniyanın Karlsrue şəhərində keçirilmiş "World Indoor Tour" (Gold Level) turnirində gümüş medal qazanıb.

Azərbaycan atleti bürünc medal qazandı