Azarkeşlər bir-birini qana boyatdı: 17 nəfər öldü
Azarkeşlər bir-birini qana boyatdı: 17 nəfər öldü
Meksika çempionatının 9-cu turunda “Keretaro” - “Atlas” oyunu zaman kütləvi dava yaşanıb.
Polemika.az xəbər verir ki, hadisə matçın ikinci hissəsində, “Atlas”ın 0:1 hesabı ilə öndə olduğu vaxt olub. Bu zaman 22 nəfər xəsarət alıb, onlardan 9-u mərkəzi xəstəxanaya çatdırılıb. Daha sonra xəsarət alanlardan 17 nəfər dünyasını dəyişib.
İlkin məlumatlara görə, hadisə ilə bağlı azı 10 nəfər saxlanılıb. Liqa rəhbərliyi 9-cu turun qalan oyunlarının təxirə salınmasına qərar verib.