AZAL Almatıya reyslərini ləğv etdi

AZAL Almatıya reyslərini ləğv etdi

AZAL Almatıya reyslərini ləğv etdi

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Qazaxıstanın Almatı şəhərinə həyata keçirməyi planlaşdırdığı reysləri ləğv edir.

Bu barədə Polemika.az-a AZAL-dan məlumat verilib.

Bildirilib ki, bu qərar Qazaxıstanda baş verən hadisələrlə əlaqədar qəbul edilib:

“Bakı – Almatı marşrutu üzrə və əks istiqamətdə reyslərə bilet almış bütün sərnişinlərə biletin dəyəri tam geri qaytarılacaq və yaxud pulsuz yenidən rezervasiya təklif olunacaq”.

Qeyd edək ki, Bakı – Almatı reysləri hər həftənin cümə günləri, Almatı-Bakı reysləri isə hər həftənin şənbə günləri həyata keçirilir.

AZAL Almatıya reyslərini ləğv etdi