Azərbaycan güləşçisi Avropa çempionu oldu
Azərbaycan güləşçisi Avropa çempionu oldu
Azərbaycanın yunan-Roma güləşçisi Xasay Həsənli Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.
Polemika.az xəbər verir ki, 77 kq-da çıxış edən idmançı finalda gürcüstanlı Davit Soloqaşvili ilə qarşılaşıb.
Rəqibinə 10:0 hesabı ilə qalib gələn Həsənli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb./Report