Aygün Kazımovanın ad günü: 50+1

Aygün Kazımovanın ad günü:  50+1

Aygün Kazımovanın ad günü: 50+1

Bu gün Azərbaycanın Xalq artisti Aygün Kazımova 51 yaşını qeyd edir.  

Polemika.az xəbər verir ki, 34 ildir səhnədə olan, Azərbaycan estradasında bir çox ilklərə imza atmış səhnəmizin pop divası 1971-ci ildə Bakıda anadan olub.

1989-cu ildə ailəsindən xəbərsiz İlqar adlı sevdiyi oğlana qoşulub qaçıb. Onun bu evliliyindən İlqarə adlı bir qızı dünyaya gəlib.

Aygün Kazımova peşəkar səhnəyə ilk dəfə 1988-ci ildə "Bakı Payızı" yarışması ilə qədəm qoyub. İlk "Qrand-pri" mükafatını məhz bu yarışmada qazanıb. 1989-cu ildə Yurmalada keçirilən beynəlxalq müsabiqədə, 1992-ci ildə "Asiya Dausı" festivalında, 1996-cı ildə İstanbulda beynəlxalq yarışmada laureat olub.

Aygün Kazımova səhnəyə çıxdığı gündən özünəməxsus fanat ordusu var. Elə bu ilki doğum gününə özəl olaraq sənətçinin fanatları onun adına bağ salıblar. Ağacəkmə aksiyası "50+1" adlanır. Abşeron yarımadasının iqliminə uyğun olaraq, Hövsanda zeytun ağacları əkilib.

Aygün Kazımovanın ad günü: 50+1