Nazilə Səfərli: "Xoşqədəm böyük "skandalist" kimi mükəmməldir"

Nazilə Səfərli: "Xoşqədəm böyük "skandalist" kimi mükəmməldir"

Nazilə Səfərli: "Xoşqədəm böyük "skandalist" kimi mükəmməldir"

Tanınmış Şairə Nazilə Səfərli teleaparıcı Xoşqədəm Hidayətqızı ilə yaşadığı qalmaqaldan danışıb.

Polemika.az xəbər verir ki, o, Xoşqədəmlə qalmaqalından sonra cərimə ödədiyini bildirib.

"Astar" “YouTube”  layihəsinə qonaq olan Səfərli cəriməni ödədiyini, lakin qarşı tərəfdən üzr istəmədiyini qeyd edib:

"Xoşqədəmlə olan hadisədə ağzım yanmadı, qalmaqal əyləncəli idi. Mənə elə-belə adam sataşmayıb ki? Şərəf verib. Xoşqədəm böyük "skandalist", heç nədən qaçmayan insan kimi mükəmməldir. Siz onu balaca biri kimi görməyin. Bu dəqiqə Xoşqədəmə kinim yoxdu. Meydana çağırdı, sözümüzü dedik. Mənə minnətdar olmalıdır ki, onun zəif nöqtəsindən istifadə etmədim. Qanundan yayındığım üçün 300 manat cərimə ödədim". 

Nazilə Səfərli: "Xoşqədəm böyük "skandalist" kimi mükəmməldir"