"Məncə, bu heroin qədər təhlükəlidir” - Qismət Rüstəmov meyxanaçının həbsi barədə

"Məncə, bu heroin qədər təhlükəlidir” - Qismət Rüstəmov meyxanaçının həbsi barədə

"Məncə, bu heroin qədər təhlükəlidir” - Qismət Rüstəmov meyxanaçının həbsi barədə

“Həbs edilən meyxanaçının 2016-cı ildə şeir adına oxuduğu şeyin nə mətnə, nə müstəqillik, respublika ideyasına dəxli yoxdur”.

Polemika.az xəbər verir ki, bu sözləri şair Qismət Rüstəmov həbs edilən meyxanaçı Cavid Sumqayıtlı haqda deyib.

Gənc şair meyxanaçının Rəsulzadə haqda misralarına görə həbs edildiyinin əsassız olduğunu bildirib:

“Adam birinci bənddə Rəsulzadəni anlamamaqdan danışır, axırıncı bənddə xilafət dövrünü tərifləyir. Bütün ictimai-siyasi konyuktura bir yana, bu primitivlikdə mətni müdafiə eləyən gəncləri görəndə adam bilmir nə desin. Məncə, bizdə Rəsulzadə ilə bağlı qadağanın olması şəhər əfsanəsidir, Rəsulzadənin ideyaları əsərlərindədir, onlar da dəfələrlə nəşr olunub, bütün dükanlarda, kitabxanalarda var. Çox yekə-yekə danışan adamlar görmüşəm, dindirəndə məlum olur ki, adicə "Əsrimizin Səyavuşu"nu, yaxud elə Nizami ilində "Azərbaycan şairi Nizami"ni oxumayıb. Məncə, bu heroin qədər təhlükəlidir...”

Qeyd edək ki, C.Babaşov (Sumqayıtlı) narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilindiyi üçün cari ilin may ayında Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb edilib. 

Üzərinə baxış keçirilən zaman 206 qram narkotik vasitə heroin və elektron tərəzi aşkar edilib.

C.Babaşova Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham elan edilib və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib. Onun əməli istintaqla tam sübuta yetirilib.

"Məncə, bu heroin qədər təhlükəlidir” - Qismət Rüstəmov meyxanaçının həbsi barədə