"Karantində heç nəyimi satmadım" - Nüşabə Ələsəgərli

"Karantində heç nəyimi satmadım"

"Karantində heç nəyimi satmadım" - Nüşabə Ələsəgərli

Əməkdar artist Nüşabə Ələsgərli "Səhər mərkəzi" proqramında qonaq olub.

Polemika.az xəbər verir ki, müğənniyə suallar ünvanlanıb.

O, "Karantində 1 qəpiksiz qaldıq sözünü Niyam Salami, Nadir Qafarzadə, yoxsa Teymur Əmrah deyib" sualına "Teymur Əmrahın ömürboyu pulu olmayıb. Nəinki pandemiyada" cavabını verib.

N.Ələsgərli daha sonra "Niyam Salami yaxşı pul qazanır" sözlərini əlavə edib.

O bildirib ki, Nadir pandemiyada bütün qızıllarını satıb:

"Pulsuz qalmayıb, amma dəyər-dəyməzinə qızıllarını satıb. Mən heç nə satmadım". 

"Karantində heç nəyimi satmadım" - Nüşabə Ələsəgərli