Avtobus "KamAZ"la toqquşdu

Avtobus "KamAZ"la toqquşdu

Avtobus "KamAZ"la toqquşdu

Bakıda sərnişin avtobusu yük avtomobilinə çırpılıb.

Polemika.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

91 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu idarəetməni itirib və “KamAZ” markalı yük avtomobilinə çırpılıb.

Hadisə zamanı avtobusda olan sərnişin,1968-ci il Əliyeva Xatirə Məmməd qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Avtobus "KamAZ"la toqquşdu