Avropa çempionatı: Azərbaycan millisi mübarizəni dayandırdı

Avropa çempionatı: Azərbaycan millisi mübarizəni dayandırdı

Avropa çempionatı: Azərbaycan millisi mübarizəni dayandırdı

Futzal üzrə Azərbaycan milli komandası Niderlandda keçirilən Avropa çempionatının qrup mərhələsində sonuncu oyununa çıxıb.

Polemika.az xəbər verir ki, D qrupunun III turunda Bosniya və Herseqovinanı sınağa çəkən Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 4:2 hesablı qələbə qazanıb.

Azərbaycan millisi qələbə qazansa da, Avropa çempionatında mübarizəni dayandırıb. Buna qrupun digər matçında Gürcüstanın İspaniyaya məğlubiyyəti (0:8) səbəb olub. Bununla da yığma qrupu 4 xalla 3-cü pillədə başa vurub.

Qeyd edək ki, qrupdakı ilk matçında Gürcüstana 2:3 hesabı ilə uduzan Azərbaycan millisi ikinci görüşdə İspaniya ilə heç-heçə edib - 2:2.

Avropa çempionatı: Azərbaycan millisi mübarizəni dayandırdı