AvroLiqada 1/8 final - Bütün NƏTİCƏLƏR

AvroLiqada 1/8 final

AvroLiqada 1/8 final - Bütün NƏTİCƏLƏR

Ötən gecə UEFA Avropa Liqasında 1/8 final mərhələsinin oyunları davam edib. 

Polemika.az xəbər verir ki, ikinci oyun günündə 5 qarşılaşma keçirilib.

Qeyd edək ki, Moskva "Spartak"ı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Avropa Liqasından kənarlaşdırıldığı üçün ümumilikdə bu mərhələdə 8 oyundan 7-si baş tutmalıdır. "Spartak"ın əvəzinə isə "Leyptsiq" 1/4 finala birbaşa vəsiqə qazanıb.

Ötən gecə qeydə alınmış nəticələri təqdim edirik:

Avropa Liqası, 1/8 final mərhələsi

İlk oyunlar

10 mart

"Sevilya" (İspaniya) - "Vest Hem" (İngiltərə)  - 1:0

"Reyncers" (Şotlandiya) - "Srvena Zvezda" (Serbiya) - 3:0

"Braqa" (Portuqaliya) - "Monako" (Fransa) - 2:0

"Atalanta" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya) - 3:2

"Barselona" (İspaniya) - "Qalatasaray" (Türkiyə) - 0:0

9 mart

"Betis" (İspaniya) - "Ayntraxt" (Almaniya) - 1:2

"Portu" (Portuqaliya) - "Lion" (Fransa) - 0:1

Qeyd edək ki, bütün cavab görüşləri martın 17-də keçiriləcək. 

AvroLiqada 1/8 final - Bütün NƏTİCƏLƏR