““Atvyorka” əməliyyatı mənə qarşı qurulan tələ idi” – Məşhur YAP-çı 

““Atvyorka” əməliyyatı mənə qarşı qurulan tələ idi” – Məşhur YAP-çı 

““Atvyorka” əməliyyatı mənə qarşı qurulan tələ idi” – Məşhur YAP-çı 

“Bildirmək istəyirəm ki, bu “avfyorka” məsələsi 2005-ci ilin noyabr ayında keçirilən parlament seçkilərində mənə qarşı qurulan tələ idi”. 

“Polemika.az” xəbər verir ki, bunu keçmiş millət vəkili, YAP Təftiş Komissiyasının üzvü Musa Musayev deyib. Bildirib ki, o zaman 8 saylı Binəqədi seçki dairəsindən Yeni Azərbaycan Partiyası və partiya sədri İlham Əliyev onun namizədliyini irəli sürmüşdü:

“Amma buna baxmayaraq, bütün rayon rəhbərliyi, YAP rayon təşkilatı, rayonun güc strukturları, YAP-ın Mərkəzi Aparatı və Prezident Aparatı mənim əleyhimə kampaniya aparırdı. 

Çünki Beynəlxalq Universitetin rektoru, Binəqədi YAP-ın İdarə Heyətinin üzvü, mənə qarşı alternativ namizəd olan "professor" Elşad Abdullayev bu seçki kampaniyasına 2 000 000 (iki milyon) manat pul xərcləmişdi. 

Seçkinin axşamı saat 24.00-da Elşad Abdullayev deputat elan edildi və 3 gündən sonra özünə məxsus restoranda 500 nəfərə, bəzi dövlət məmurlarına, vəzifəli şəxslərə qonaqlıq da verdi. Mənim müdaxiləmdən, YAP rəhbərliyinə verdiyim məlumatdan sonra 8 saylı dairədə Mərkəzi Seçki Komissiyası yoxlamalar apardı. 12 məntəqənin nəticələri ləğv edildi və Müsavat Partiyasının namizədi Arzu Səmedbəyli deputat elan edildi! 

Nəticələr də göz qabağındadır. Həmin oyunun iştirakçılarından biri - keçmiş deputat hebs edildi, biri İstanbulda müəmmalı şəkildə dünyasını dəyişdi, Elşad Abdullayev də qaçıb xaricdə gizlənib və İnterpol axtarışındadır. 

Keçmiş PA rəhbəri, indi Elmlər Akademiyasının prezidenti olan Ramiz Mehdiyevin də taleyi göz qabağındadır!

Odur ki, atalarımız deyib: “Quyunu qazanda çox dərin etmə, sonra özün ora düşəcəksən!”.

Eyni zamanda babalarımız deyib ki, Allah heç kimin ağlını başından almasın! Adamın özünün özünə etdiyi pisliyi heç kim ona edə bilməz!”.

““Atvyorka” əməliyyatı mənə qarşı qurulan tələ idi” – Məşhur YAP-çı