Atasının verdiyi 200 manatı xərcləyən məktəbli görün nəyə al atdı

Atasının verdiyi 200 manatı xərcləyən məktəbli görün nəyə al atdı

Atasının verdiyi 200 manatı xərcləyən məktəbli görün nəyə al atdı

Paytaxtın Qaradağ rayonunda 2006-cı il təvəllüdlü məktəblinin quldurluğa məruz qalaraq, döyülməsi və mobil telefonunun ondan alınması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar təsdiqini tapmayıb.

Bu barədə Polemika.az-a Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru  Elşad Hacıyev məlumat verib.

Araşdırmalarla məlum olub ki, məktəbli atasının ona verdiyi 200 manat pulu aidiyyəti olmayan yerə xərclədiyinə görə, “pulu və telefonu tanımadığım adamlar döyüb əlimdən aldı”, - deyə valideynlərini və polisi inandırmaq üçün belə yalan iddialar edib, əllərinə və üzünə daşla xəsarətlər yetirib.

Polis tərəfindən bütün istiqamətlər üzrə iddialar tam və hərtərəfli olaraq yoxlanılıb, məktəblinin mobil telefonu  gizlətdiyi yerdən aşkarlanıb.

Atasının verdiyi 200 manatı xərcləyən məktəbli görün nəyə al atdı