"Atası narkomandır, alkoqol psixozundan əziyyət çəkir" - Cinayətkarın övladı...

"Atası narkomandır, alkoqol psixozundan əziyyət çəkir"

"Atası narkomandır, alkoqol psixozundan əziyyət çəkir" - Cinayətkarın övladı...

Atalar məsəli var: “Ot kökü üstə bitər”. Adətən, söhbət yolunu azan, cinayət törədən insanlardan düşəndə bu məsəl xatırlanır. Amma cinayət xronikasına diqqət yetirəndə aydın olur ki, bəd əməl sahiblərinin heç də hamısı “öz kökü üstündə bitənlər” deyil. Mübağiləsiz deyə bilərik ki, hər gün “patı” ilə tutulanların dədə-babası bu maddədən istifadə etməyib.

Müxtəlif səpkili cinayət törədən şəxslər arasında ziyalı ailəsindən çıxan insanlar da az deyil. Bəziləri deyir, genində var, ona görə üzə çıxıb.

Əgər belədirsə, analoji cinayətlərin artmasında kim məsuliyyət daşıyır? Ailə, yoxsa cəmiyyət? 

Polemika.az-a açıqlamasında psixoloq Aytən Ələkbərova deyib ki, ataları narkotik aludəçisi olan, yaxud alkoqol psixozundan əziyyət çəkənlərin övladlarında onun tam əksinin şahidi oluruq:

“Atalar misalı ilə başladıqsa, onu deyə bilərəm ki, sual olunur tərbiyyəni kimdən öyrəndin, deyir, tərbiyyəsizdən. Bunu bir peşəkar psixoloq olaraq dönə-dönə təkrar edirəm. Çünki fakt budur ki, mənə müraciət edən müştərilərin arasında ataları narkotik aludəçisi olan, yaxud alkoqol psixozundan əziyyət çəkənlər var, onların balalarında tam əksini görürük.

Bir pasiyentim var idi. O, bir uşağı şillə ilə vurmuşdu. Demə, dostu elektron siqaret çəkirmiş. Yəni pasiyentim dostuna kömək etmək, onu bu vərdişdən çəkindirmək istəyib”.

Psixoloq qeyd edib ki, cinayətkarın övladı mütləq cinayətkar olacaq düşüncəsi səhvdir:

“Şəxsiyyət pozuntusundan əziyyət çəkən, yalanları peşəkarcasına söyləyən insanların övladları onların yanında böyüyür, daha sonra bunu təkrarlayır”.

Nəzrin Vahid 

 

"Atası narkomandır, alkoqol psixozundan əziyyət çəkir" - Cinayətkarın övladı...