Aşqabad görüşü: İranla Azərbaycan arasında olan gərginliyə nöqtə, yoxsa sual işarəsi qoyulmalıdır?

Aşqabad görüşü: İranla Azərbaycan arasında olan gərginliyə nöqtə, yoxsa sual işarəsi qoyulmalıdır?

Aşqabad görüşü: İranla Azərbaycan arasında olan gərginliyə nöqtə, yoxsa sual işarəsi qoyulmalıdır?

Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran Prezidenti İbrahim Rəisi ilə görüş iki ölkə arasında olan əlaqələridə yeni səhifə açıldığına dəlalət edir. İran XİN-in sözçüsü Səid Xətibzadə də bugünkü brifinqində oxşar rəy bildirib. Aşqabad görüşü, həqiqətən, İranla Azərbaycan arasında olan son gərginliyi birdəfəlik aradan qaldıracaqmı?

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Polemika.az-a açıqlamasında bildirib ki, bu barədə İran tərəfindən müsbət mesajlar verilib:

“Təbii ki, İran tərəfi, artıq noyabr ayında bir sıra, yəni həm XİN, həm digər rəsmi şəxslər vasitəsilə öz mövqelərini ifadə edib: “Əlaqələri normallaşdırmaq istəyirik”.  Biz əlbəttə, bunu alqışlayırıq. Aşqabadda olan görüş də bu müsbət dinamikanı göstərir. Əvvəllər imzalanmış iki sazişin müddəti yenidən uzadılıb. İlk növbədə, söhbət Türkmənistan qazına dair razılşamadan gedir”.

BMTM rəhbəri onu da vurğulayıb ki, hazırda ölkələr arasında müsbət mühit yaranıb:

“Təbii ki, bu yaxşıdır əlamətdir ki, regionda dostluq, mehriban qonşuluq sahəsində inkişaf əldə olunsun. Azərbaycanın tələbləri ondan ibarətdir ki, bizim ərazi bütövlüyümüzə, suverenliyimizə hörmətlə yanaşılmalı və daxili işlərimizə qarışılmamalıdır. Qeyd edim ki, bu tələb bütün ölkələrə aiddir. Bu prinsiplərə hər hansısa bir ölkə tərəfindən riayət olduğu təqdirdə, biz həmişə əlaqələri inkişaf etdirməyə hazırıq.

Rəsmi Tehran da əlaqələri bərpa və inkişaf etdirmək istəyir. Hələ ki proseslər müsbət məcradsa cərəyan edir. Sonrakı mərhələni gözləyək, görə necə cərəyan edəcək. Hər halda görünən odur ki, müsbət addımlar var”.

Rafi MÜSLÜMOV

 

Aşqabad görüşü: İranla Azərbaycan arasında olan gərginliyə nöqtə, yoxsa sual işarəsi qoyulmalıdır?