Aşıq Əhliman yaddaşını itirdi
Aşıq Əhliman yaddaşını itirdi
Aşıq Əhliman Rəhimov əməliyyat olunub.
Aşığın ürəyində problem yaranıb. Vəziyyəti ağırlaşan ifaçı xəstəxanaya yerləşdirilib.
Polemika.az-a sənətçinin qızı bu barədə məlumat verib. O, aşığın vəziyyətinin normal olduğunu bildirib:
“Sevənləri nigaran olmasın. Vəziyyəti normaldır, sadəcə hafizə məsələsində problem var. Gələn zənglərə cavab versə də, kim olduğunu başa düşmür”.
Qeyd edək ki, Əhliman Rəhimov hazırda həkim nəzarətindədir.