“Arını vicdanını beş qəpik pula satdığını açıb töküm...” – Rəsul Quliyev əsəbləşdi 

“Arını vicdanını beş qəpik pula satdığını açıb töküm...” – Rəsul Quliyev əsəbləşdi 

“Arını vicdanını beş qəpik pula satdığını açıb töküm...” – Rəsul Quliyev əsəbləşdi 

“Mən Azərbaycana gələcəyimlə bağlı açıqlama verəndən sonra çox əcaib “analizlər” ortaya çıxdı”. 

“Polemika.az” xəbər verir ki, bunu Amerikada yaşayan Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev deyib. O bildirib ki, bu açıqlamasından sonra onu Saakaşvilinin Gürcüstana qayıtması ilə müqayisə ediblər:

“Gülməlidir. Birincisi müqayisə edilirsə ilk növbədə mənim təyyarənin baqaj hissəsində -50 dərəcə temperaturda 14 saat necə yaşaya biləcəyimi izah etməli idilər. 

Ancaq heç yerdə olmasa da Azərbaycanda tapılar, məsələn “kosmonovtların skafandrasında gələr” yazarlar. Qəzet və ya kimsə deyir ki, prokrorluğa müraciət etmişik cavab alan kimi yazacağıq. 

Sizə kim hüquq verib mənim haqqımda prokurorluğa müraciət edirsiniz? Siz bilirsiniz ki, həddi keçmək cinayətidir. Ümumiyyətlə mən gəlib orada nə edəcəyəm cavabını vermişdim. Kimlərinsə qarnına niyə ağrı düşüb, başa düşmürəm. 

İstənilən insan danışanda üzünü açsın və onda mən imkan tapıb bu adamın həyatı boyu ancaq cinayət işlətdiyini, arını vicdanını beş qəpik pula satdığını, şantajla məşğul olduğunu, pulla sifarişli yazılar yazdığını açıb töküm. 

Bu insanlar dəvə quşu kimi başını kola soxub, bədəninin 90 faizinin açıqda qaldıqlarından xəbərsizdirlər”.

 

“Arını vicdanını beş qəpik pula satdığını açıb töküm...” – Rəsul Quliyev əsəbləşdi