Araik Arutyunyan əhalini fərdi silahlanmağa çağırdı

Araik Arutyunyan əhalini fərdi silahlanmağa çağırdı

Araik Arutyunyan əhalini fərdi silahlanmağa çağırdı

Xankəndidə qanunsuz fəaliyyət göstərən separatçı-terrorçu rejimin başçısı Araik Arutyunyan yerli əhalini silahlanmağa çağırıb.

Polemika.az Rusiya mediasına istinadən xəbər verir ki, A.Arutyunyan bildirib ki, bölgədə yaranmış gərginlik əhalinin fərdi şəkildə silahlanmasını zəruri edir. O bunun üçün silah saxlamaq haqqında "qanuna" dəyişikliklər olunacağını bildirib.

Rusiya prezidenti Vladimir Putinə minnətdarlıqla yekunlaşan müraciətdə Araik "Rusiya Federasiyasının sülhməramlı kontingentinin verdiyi hərbi-siyasi təminatlardan istifadə edərək, əhalinin təhlükəsizliyini ardıcıl surətdə yaxşılaşdırmaq üçün mümkün olan hər şeyi edəcəyik", - deyə qeyd edib.

Araik Arutyunyan əhalini fərdi silahlanmağa çağırdı