AMEA-dan Mehdiyev açıqlaması: “Prezidentin qərarı müzakirə olunmur”

AMEA-dan Mehdiyev açıqlaması: “Prezidentin qərarı müzakirə olunmur”

AMEA-dan Mehdiyev açıqlaması: “Prezidentin qərarı müzakirə olunmur”

Həm siyasi çevrələrdə, həm də mətbuat və sosial şəbəkələrdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti postundan istefa verən akademik Ramiz Mehdiyevin personası ətrafında müzakirələr davam edir. Xatırladaq ki, AMEA Rəyasət Heyətinin iclasında Ramiz Mehdiyev yaşı ilə əlaqədar tutduğu postu tərk etməyə qərar verdiyini bildirib.

Bəs bundan sonra AMEA-da prosedur necə davam edəcək?

Mövzu ilə bağlı Polemika.az-a danışan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev bildirib ki, Mehdiyev artıq istefa ərizəsi ilə dövlət başçısına müraciət edib:

“Ramiz Mehdiyev öz mövqeyini Rəyasət Heyətinə bildirib. Öz ərizəsi ilə Rəyasət Heyətinin qarşısında çıxış edib, istefa verdiyini bəyan edib. Prosedur belədir: Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Azərbaycan Respulbikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq olunur və işdən azad olunur. Ramiz Mehdiyev bizim qarşımızda çıxış edərkən dedi ki, o öz ərizəsini cənab Prezidentə göndərib ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsindən azad olunsun. Bu rəsmi prosedurdur”. 

R.Əliquliyev ölkə Prezidentinin Ramiz Mehdiyevin istefa ərizəsini qəbul etməyəcəyi təqdirdə olacaqlar barədə deyib: “Əlbəttə, ölkə Prezidentinin iradəsi, mövqeyi alidir. Onun qəbul etdiyi qərar təbii ki, ən yüksək qərardır və müzakirə olunmur”.

Əsmətxanım

AMEA-dan Mehdiyev açıqlaması: “Prezidentin qərarı müzakirə olunmur”