Müəllimlərin işə qəbulu: Şəhid ailəsi üzvlərinə üstünlük veriləcək

Müəllimlərin işə qəbulu: Şəhid ailəsi üzvlərinə üstünlük veriləcək

Müəllimlərin işə qəbulu: Şəhid ailəsi üzvlərinə üstünlük veriləcək

"Vakansiya seçimi mərhələsində ilk olaraq şəhid ailəsi üzvlərinə üstünlük veriləcək".

Polemika.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında tətbiq edilən yeniliklərlə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, daha sonra digər namizədlər üçün vakansiya seçimi açıq elan ediləcək:

“Ucqar kənd yerlərində çalışan müəllimlər üçün bu ildən etibarən həmin ərazilərdə 3 ildən çox müddətdə fasiləsiz işləyən müəllimlərin nəticələrində ballar 1.5 əmsalına, 5 ildən çox işləyən müəllimlərin topladıqları nəticələr isə 1,1 əmsalına vurularaq hesablanacaq”.

Qeyd edək ki, bu il müəllimlərin yerdəyişməsinə iyun ayından başlanılması nəzərdə tutulur.

Nəzrin Vahid 

Müəllimlərin işə qəbulu: Şəhid ailəsi üzvlərinə üstünlük veriləcək