Aİ-dən Ukraynaya 1,2 milyard avroluq yardım paketi - Qərar

Aİ-dən Ukraynaya 1,2 milyard avroluq yardım paketi - Qərar

Aİ-dən Ukraynaya 1,2 milyard avroluq yardım paketi - Qərar

Avropa Parlamentinin (AP) üzvləri Aİ Şurasının Ukraynaya 1,2 milyard avro məbləğində yeni makromaliyyə yardımı paketinin verilməsi barədə qərarını təsdiqləyiblər.

Polemika.az "Reuters"ə istinadla xəbər verir ki, deputatların qəbul etdiyi sənəddə deyilir:

"İttifaq Ukraynada makroiqtisadi sabitləşmə və əsaslı islahatlar proqramını dəstəkləmək üçün 1,2 milyard avrodan çox olmayan məbləğdə makromaliyyə yardımı göstərəcək". 

Yardım kredit şəklində veriləcək və Beynəlxalq Valyuta Fondunun proqramında qeyd olunduğu kimi, Ukraynanın tədiyyə balansını ödəməyə xidmət edəcək.

AP-nin müvafiq qərarı təsdiqləndikdən sonra pul 12 ay ərzində hər biri 600 milyon avro olmaqla iki tranşla Kiyevə köçürüləcək.

Aİ-nin makro-maliyyə yardım proqramları çərçivəsində verilən vəsaitlərin əksəriyyəti Ukraynanın xarici dövlət borcuna xidmət göstərməyə yönəlib. Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirmişdi ki, Aİ artıq 2014-cü ildən bəri Ukraynaya rekord məbləğdə - 17 milyard avro yardım ayırıb.

Aİ-dən Ukraynaya 1,2 milyard avroluq yardım paketi - Qərar