“Aİ-92” markalı benzin istifadə edənlərin nəzərinə - Video

“Aİ-92” markalı benzin istifadə edənlərin nəzərinə - Video

“Aİ-92” markalı benzin istifadə edənlərin nəzərinə - Video

“Aİ-95” markalı benzinin qiyməti bahalaşması bəzi sürücülərin cibinə əməlli-başlı təsir edib. Belə ki, son vaxtlar bəziləri avtomobili premium markalı benzin üçün nəzərdə tutulsa da, daha aşağı keyfiyyətli yanacaq alırlar. Bunu maddi imkanla əlaqələndirirlər.

Polemika.az xəbər verir ki, sürücülərin bu cür qənaət metodu onların daha çox pul xərcləmələrinə səbəb ola bilər. Belə ki, avtomobil ustaları deyir ki, həmin nəqliyyat vasitələrinə“Aİ-92 markalı benzin tökdükdən bir qədər sonra ciddi problemlər ortaya çıxır.

Ustaların fikrincə, belə qənaət üsulu həm də nəqliyyat vasitəsinin matorunun gücünə təsir edir. Sonradan isə bu problemi aradan qaldırmaq üçün müəyyən qatqılardan istifadə olunur ki, bəzən həmin məhlullar da işə yaramır.

Ustaların sözlərinə görə, “Aİ-95” markalı benzini “Aİ-92” ilə əvəz etmək avtomobil sahibini hətta 2 min manatdan 5 min manatadək xərcə də sala bilər.

“Aİ-92” markalı benzin istifadə edənlərin nəzərinə - Video