Ağdam və Cəbrayılda məktəblər tikiləcək - Nazir

Ağdam və Cəbrayılda məktəblər tikiləcək - Nazir

Ağdam və Cəbrayılda məktəblər tikiləcək - Nazir

Şuşa şəhər 1 nömrəli məktəbin layihələndirmə prosesi yekunlaşıb, artıq tikintisinə başlanılacaq".

Polemika.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, prosesin 2022-ci ilin sonuna qədər bitməsi gözlənilir:

"Eyni zamanda Ağdam və Cəbrayılda da layihələndirmə prosesi başlayıb. Yəqin ki, yaxın zamanlarda Füzuli şəhərində də məktəb tikintisi ilə bağlı addımların atılması gözlənilir. Bu çox ciddi və böyük prosesdir. Həmin bölgələrdə məktəb layihələri ən yaxşı layihələrdəndir".

Nazir bildirib ki, həm Ağdam, həm də Şuşa məktəbi özünün müasirliyi və arxitektur inşaat xüsusiyyətlərinə görə ən müasir təhsil müəssisələrindən olacaq. 

Ağdam və Cəbrayılda məktəblər tikiləcək - Nazir