Ağcabədidə kişi həyat yoldaşı və qayınatasını bıçaqladı

Ağcabədidə kişi həyat yoldaşı və qayınatasını bıçaqladı

Ağcabədidə kişi həyat yoldaşı və qayınatasını bıçaqladı

Ağcabədi sakini həyat yoldaşı və qayınatasını bıçaqlayıb.

Polemika.az xəbər verir ki, hadisə rayonun Ümid qəsəbəsində baş verib. Qəsəbədə məskunlaşan Cəfərov İlhamiz Araz oğlu həyat yoldaşı Cəfərova Aynurə Azim qızına və onun atası Hüsiyev Azim Kamal oğluna bıçaqla xəsarət yetirib.

A.Cəfərova və A.Hüsiyev Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hadisəni törədən İ.Cəfərov polisə təslim olub.

İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır. (Apa) 

Ağcabədidə kişi həyat yoldaşı və qayınatasını bıçaqladı