AFFA-nın "Qarabağ"a görə UEFA-dan istəyi

AFFA-nın "Qarabağ"a görə UEFA-dan istəyi

AFFA-nın "Qarabağ"a görə UEFA-dan istəyi

AFFA “Marsel” - “Qarabağ” oyun ilə bağlı UEFA-ya müraciət edib.

Polemika.az xəbər verir ki, bu haqda  AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov məlumat verib.

O bildirib ki, mümkün erməni təxribatının qarşısının alınması üçün qitə futbol qurumuna müraciət olunub:

“İstər milli, istərsə də klub şəkildə beynəlxalq oyunların təşkilinə dəstək göstəririk. Marsel şəhəri fərqlidir. Bununla bağlı UEFA-ya birbaşa müraciət etmişik. Bu həftəsonu onlarla video-formatda iclasımız olacaq. Qurumun baş katibinə, vitse-prezidentinə məktub göndərmişik. Onunla gələn həftə müzakirə aparacağam. Bizim üçün “Qarabağ”ın rahat gedib futbol oynaması önəmlidir. Bizə qarşı hər zaman hansısa təxribat etməyə çalışırlar. Burada da çox güman ki, xüsusi təhlükəsizlik nümayəndəsi təyin olunacaq. Yəqin ki, UEFA-nın əlavə nümayəndəsi olacaq. Əlavə olaraq Fransa səfirinə də məktub göndərmişik, onlar da dövlət səviyyəsində məsələni gündəmə gətirəcək”.

Qeyd edək ki, “Marsel”-“Qarabağ” oyunu fevralın 17-də baş tutacaq.

AFFA-nın "Qarabağ"a görə UEFA-dan istəyi