"Adam qızını qardaşına, qaynına etibar etmir..."

"Adam qızını qardaşına, qaynına etibar etmir..."

"Adam qızını qardaşına, qaynına etibar etmir..."

Vaxt var idi, yoldan keçənlərə gəl qonağımız ol deyirdik. Az qala buna görə həmin şəxsə yalvarırdıq. İndi isə çox qəribə hallarla qarşılaşırıq.

Vəziyyət o qədər dəyişib ki, üst-başı köhnə xanım qapını döyüb, qalmağa yer istəsə, belə biz buna icazə vermirik. Olmaz! Deyib qapını üzünə bağlayırıq. Hər gün bir hadisə eşidirik deyə, insanlar bəlkə də risk etmək istəmirlər. Daha çox da inamsızlıqdan irəli gəlir.

Maraqlıdır, bu adətin dəyişməsinə səbəb nədir? Qapısını döyən yad insana qapı açılmalıdırmı?

Psixoloq Gülnar Orucova Polemika.az-a açıqlamasında deyib ki, zəmanə həmin zəmanədir, sadəcə insanlara olan etibarımızı itiririk:

“Əvvəllər bir qapı döyülürdüsə, o mütləq açılırdı. O insanın kimliyini, adını belə soruşmurdular. Onu qarşılıyıb, yola salırdılar. Ancaq indi bu gün insanlarda inam, etibar qalmayıb. Bəzən deyirik ki, zəmanə dəyişib. Xeyr, zəmanə həmindir. Hər gün sosial şəbəkələrdə intihar, ailə-məişət zorakıllığı, təcavüz görürük. Yaxın qohumların bir-birinə təcavüz eyməsi son illərdə daha aktuallaşıb. Əvvəllər dayı, əmi öz bacı və qardaşının balasına övladı kimi baxırdı. İndi isə görürürk ki, elə deyil. Buna görə də etibarımızı itiririk”.

Psixoloqun sözlərinə görə, cinsi istismarın sayının artması insanlarda qorxu yaradır:

“Elə ailələr var ki, övladını öz qardaşına, qayınına etibar etmir ki, məktəbə, hazırlığa aparsın. Bir düşünün öz yaxınına etibar edib, uşağını məktəbə aparmağa icazə verməyən insan kimisə qonaq kimi qəbul edərmi? Təbii ki, də etməz. İnsanlarda güvən, inam azalıb. Sosial şəbəkələrdə hər gün dayanmadan qeyri-etik halların, cinsi istismarın sayının artması insanlarda qorxu yaradır. Bu gün elə hadisələr olur ki, insan baxıb, şoka düşür. Düşünürük ki, insan bunu yaxınına, doğmasına necə edə bilər?”

G.Orucova qeyd edib ki, insanlar indi yaxını belə qonaq kimi görmək istəmir:

“Əvvəllər qapını tanımadığımız birinə də açırdıq, qəbul da edirdik. İndi sosiallaşma da azalıb. İnsanlar daha çox telefonla məşğul olduqları üçün, hər şeyi sosial şəbəkə üzərindən gördüklərinə görə, düşünürlər ki, qonaq narahatçılıq yaradır.. Ünsiyyət əvvəl daha geniş idi. Smartfonlar olmadığı üçün insanlar ünsiyyətə ehtiyac duyurdu.

Elə yeniyetmələr var ki, danışıq qabiliyyəti yoxdur. Həddən artıq telefondan istifadə olunduğuna görə, artıq bu insanlarda artıq nitq qabiliyyəti itib. Zamanla insanlarda güvən duyğusunun azlaması, faciələri izləməsi artıq şüur altında qorxu yaradıb. Nəinki yad birini, heç yaxınlarını da qonaq kimi görmək istəmirlər”.

Nəzrin Vahid

"Adam qızını qardaşına, qaynına etibar etmir..."