Abşeronda ev və maşın yandı
Abşeronda ev və maşın yandı
Abşeronda evdə yanğın olub.
Polemika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, ümumi sahəsi 132 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və yaxınlıqda dayanan "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.